Mövsümdən asılı olmayaraq həm paytaxt sakinlərinin, həm də turistlərin ən çox üz tutduğu ünvanlardan biri Dənizkənarı bulvardır. Bu səbəbdən bulvarda qışa hazırlıq işləri görülür.
Mövsümə uyğun olaraq hazırda Dənizkənarı Milli Parkda ağaclar və kollar budanır. Qış fəslinə səciyyəvi olan çiçəklərin əkilməsi üçün yerlər hazırlanır.
Dəniz kənarında yerləşən estakadalar da hər gün yüzlərlə vətəndaşın və turistlərin üz tutduğu yerlərdəndir. Bu ərazilər də qış mövsümünə uyğun abadlaşdırılır.
Qarşıdan isə “Yeni il” gəldiyindən, şəhəri bayram ab-havasına bürümək məqsədilə Neftçilər prospekti boyunca yol kənarındakı bütün ağaclar rəngli işıqlarla bəzədilib.
Ümumilikdə işlərin 1 həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Sabir Bilalov